Tarixi

Bakı Qida Sənayesi Kolleci Bakı şəhəri, Nizami rayonu 8-ci km qəs. R.Teymurov küçəsi 73 ünvanında yerləşir.
Bakı Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli 321 saylı əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmış və həmin ildən fəaliyyət göstərir. Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini orta ixtisaslı mütəxəsislərlə təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu  Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qararları ilə təsdiq edilmiş “Orta ixtisas müəssisələrinin əsasnamə”lərinə, 2003, 2005-ci illərdə və  23 aprel 2010-cu il tarixli 76 saylı qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili pilləsinin Dövlət Standartlarına və Proqramı”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi normativ aktlarına, beynəlxalq hüquq normaları və müvafiq standartlarına, eləcə də Kollecin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması müvafiq normativ-hüquqi sənədlərə və müəssisənin nizamnaməsinə uyğun Dövlət Təhsil Standartlarının tələbləri əsasında yerinə yetirilir. Bakı Qida Sənayesi Kollecinin ali orqanı Pedaqoji Şuradır. Şuranın tərkibi 60 nəfərdən ibarətdir. Şurada müzakirə olunan məsələlər ümumilikdə, Kollecin cari və perspektiv inkişaf problemlərinin həllinə yönəldilmişdir. Pedaqoji şura və rəhbərlik Kollecin idarə edilməsini şöbələr, fənn birləşmə komissiyaları və digər struktur bölmələr ilə birlikdə sırf əlaqəli şəkildə həyata keçirilir. Pedaqoji Şuranın iclas protokollarında tədris və təlim-tərbiyə proseslərinin yaxşılaşdırılması barədə kollektiv qarşısında qoyulan əsas məsələlər və vəzifələr öz əksini tapmışdır.
Bakı Qida Sənayesi Kollecində təhsil Azərbaycan və Rus dillərində həyata keçirilir.
-----
11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
  • Peşə təlimi
  • Dizayn
  • Marketinq
  • Əmtəəşünaslıq və istehlak mallarının ekspertizası
  • İaşə məhsullarının texnologiyası
  • Qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi
  • Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə
  • Mehmanxana-turist, sanatoriya-kurort komplekslərində iaşə və servis
  • Ət və süd məhsullarının texnologiyası
  • Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası
  • Konservləşdirmə və qida konsertratları texnologiyası
  • Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası



Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930