UNEC nəzdində Qida Sənayesi Kollecində 16 Oktyabr – Ümumdünya Qida Günü qeyd olunub.

Qida mədəniyyəti və sağlam gələcək naminə! UNEC nəzdində Qida Sənayesi Kollecində 16 Oktyabr – Ümumdünya Qida Günü qeyd olunub. Bu əlamətdar gün münasibətilə kollecdə tələbələrin bilik, bacarıq və yaradıcılıqlarını nümayiş etdirdikləri maraqlı və maarifləndirici tədbir keçirilib.

Ardını oxu

Qida Sənayesi Kollecində “Gender stereotipləri” mövzusunda elmi-praktik təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində dövlət proqramının müvafiq istiqamətlərinə uyğun olaraq gender bərabərliyinin təşviqi, gender stereotiplərinin mahiyyətinin izahı və bu sahədə tələbələrin məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-terapevti Mirsadiq Muxtarov tərəfindən “Gender stereotipləri” mövzusunda elmi-praktik təlim keçirilib.

Ardını oxu

Qida Sənayesi Kollecində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə maarifləndirici tədbir keçirilib. Tədbirda psixi sağlamlığın qorunmasının fərdin sosial və emosional inkişafında əhəmiyyəti, psixoloji dayanıqlılığın gücləndirilməsi, stress amillərinin idarə olunması və sağlam psixoloji mühitin formalaşdırılması məsələləri müzakirə edilmişdir.

Ardını oxu

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Müəllimlər Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində müəllim və əməkdaşların peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin, o cümlədən şəhid müəllimlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardını oxu

Bir gül, min təşəkkür…- 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü

Bir gül, min təşəkkür… Çünki bəzi insanlar sadəcə işləmir, iz qoyur. Bəzi zəhmətlər sadəcə görülmür, hiss olunur. Bəzi təşəkkürlər isə sözlə deyil, bir gülün dili ilə söylənir.

Ardını oxu

27 Sentyabr – Anım Günü ilə əlaqədar ziyarət

27 Sentyabr – Anım Günü ilə əlaqədar ziyarət UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi və tələbələri 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Nizami rayonunda yerləşən Şəhid Abidəsini ziyarət edib.

Ardını oxu

27 Sentyabr – Anım Günü!

27 Sentyabr – Anım Günü! UNEC nəzdində Qida Sənayesi Kollecinin Kitabxana heyətinin təşkilatçılığı ilə 25.09.2026-cı il tarixində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədiyyətə qovuşan qəhrəmanlar” adlı tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidi, pilot mayor Əhmədov Elbrus Səmrəddin oğlunun həyat yoldaşı Günay Əhmədova və övladları qonaq qismində iştirak ediblər.

Ardını oxu