
İsmayılov Vilayət İsmayıl oğlu
Təvəllüd -1956
İş yeri:
1973-1978-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin
Fizika fakültəsinin tələbəsi olmuşdur.
1978-1979-cu illərdə Azərbaycan EA Təbii Ehtiyatların Kosmik tədqiqatları
İnstitutunda böyük mühəndis işləmişdir.
1979-1981-ci illərdə SSRİ EA A.F.İoffe adına Fiziki-Texnika İnstitutunda (Leninqrad şəhəri) stajçı-tədqiqatçı, 1981-84-cü illərdə həmin İnstitutda Nobel Mükafatı Laureatı, akademik J.İ.Alfyorovun rəhbərliyi ilə əyani şöbədə aspirant olmuşdur. 1985-ci ildə bu İnstitutun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmiş və fizika riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1985-2002-ci illərdə Bakı Dövlət Universitetində (BDU) baş elmi işçi, tədris hissəsinin baş təlimatçısı vəzifələrində işləmiş, 2002-2005-ci illərdə BDU-nun Təbiət fakültələri üzrə fəlsəfə kafedrasının doktorantı olmuş, 2006-cı il sentyabrın 23-də Bakı Dövlət Universiteti nəzdindəki dissertasiya şurasında “Müasir fizikanın paradiqmaları vəmetodoloji prinsiplərinin məntiqi qnesoloji təhlili” mövzusunda fəlsəfə elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiəsinin təşkili keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Kommissiyası Riyasət Heyətinin 23.02.2007-ci il tarixli (prot.№ 04.R) qərarı ilə ona fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
2002-ci ilin iyul ayından 2006-cı il dekabrın 28-dək Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru, 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru olmuşdur. 2015-ci il iyulun 13-dən 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnlogiya kollecinin direktoru olmuşdur.2016-cı il sentyabrın 23-dən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qida Sənaye kollecinin direktorudur. Odlar yurdu Universitetinin professorudur.
Azərbaycan Respublikasında dissertasıyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil olmuş beynəlxalq “Müasir mədəniyyətşünaslıq” elmi publisistik jurnalının baş redaktorudur. “Avrasiya İnzibati Elmlər Akademiyasının xəbərləri” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir.
Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Fəlsəfə, pedaqogika, psixologiya, ilahiyyat üzrə ekspert şurasının üzvüdur.
2007-ci ildə Beynəlxalq Mükafatlandırma Palatasının “Elm Elitası” fəxri medalı ilə təltif olunmuşdur..
80-dən çox elmi əsərin, o cümlədən 4 ixtira, 8 monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaiti, 1 tədris proqramının müəllifidir, 1 tədris proqramı 1 dərs vəsaiti və 1 monoqrafiya çapdadır.
Xəbərlər
-
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının Kollecimizin
Tarix: 06-05-2022 15:57
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11