20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq tələbələrin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunmuşdur.

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq tələbələrin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunmuşdur. Ziyarət zamanı Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları önünə gül dəstələri qoyulmuşdur.

Ardını oxu

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsi keçirilib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatçılığı ilə inşa və rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə kollecin tələbələri fəal iştirak edərək 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yaradıcılıq nümunələri ilə çıxış etmişlər.

Ardını oxu

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biridir. Bu qanlı hadisə xalqımızın sarsılmaz iradəsini, vətənpərvərlik ruhunu və milli birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

Ardını oxu

Qida Sənayesi Kollecində psixoloq Bəsti Hacıyeva tərəfindən “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur

ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində psixoloq Bəsti Hacıyeva tərəfindən “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur. Təlimin əsas məqsədi tələbələrdə gender bərabərliyi anlayışının formalaşdırılması, qadın və kişi hüquqlarının bərabərliyinin cəmiyyətdə rolu barədə məlumatlandırmanın artırılması olmuşdur.

Ardını oxu

Qida Sənayesi Kollecinə yeni direktor müavini təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə İsmayıl Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Ardını oxu

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin kitabxanasında tədbir keçirilmişdir.

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin kitabxanasında tədbir keçirilmişdir. Tədbiri Tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva açaraq iştirakçıları salamlamış və anım gününün əhəmiyyətindən danışmışdır. Kitabxana müdiri Cümşüdova Zülfiyyə və kitabxanaçı Məmmədova Nazimə tədbirin məzmunu haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilmişdir. Daha sonra tələbələr Ulu Öndərə həsr olunan şeirlər səsləndirmişlər.

Ardını oxu

Qida Sənayesi Kollecinində tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.

ADIU-nun nəzdində Qida Sənayesi Kollecinin Hüquq müəlliməsi Aytən Paşa tərəfindən tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.

Ardını oxu